Avropa İttifaqı Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib

Avropa İttifaqı Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib Yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib.
Xarici siyasət
1 Yanvar , 2020 11:00
Avropa İttifaqı Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib

Yanvarın 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik Finlandiyadan Xorvatiyaya keçib.

”Report” xəbər verir ki, rəsmi Zaqreb bu quruma ilk dəfə sədrlik edəcək. 

Xorvatiya 6 ay - iyunun 30-dək Aİ Şurasının sədri olacağı müddət ərzində prioritetlərini inkişaf edən, birləşdirən, qoruyan və təsir edən Avropa şəklində ifadə edib. Təbii ki, əsas hədəflər arasında Aİ-nin genişləndirmə siyasətinin davam etdirilməsi də var.

Eyni zamanda iyun ayında Xorvatiyanın sədrliyi dövründə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi