Avropa İttifaqı kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb

Avropa İttifaqı kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb Layihə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur
Xarici siyasət
28 İyun , 2016 14:52
Avropa İttifaqı kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb

Bakı. 28 iyun. REPORT.AZ/ Avropa İttifaqı Kənd İnkişafını Dəstəkləmə Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək.

Son xəbərlər

Orphus sistemi