Avropa Azərbaycan Cəmiyyəti "Chatham House"a etiraz məktubu göndərib

Avropa Azərbaycan Cəmiyyəti "Chatham House"a etiraz məktubu göndərib "Sizlər sizə olan etimadı itirdiniz, siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız"
Xarici siyasət
8 İyul , 2015 14:26
Avropa Azərbaycan Cəmiyyəti Chatham Housea etiraz məktubu göndərib

Bakı. 8 iyul. REPORT.AZ/ Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyanın "Chatham House" institutuna açıq məktub göndərib. Bu barədə "Report"a cəmiyyətdən məlumat verilib. 

Məktubda Dağlıq Qarabağın erməni separatçılarının rəhbəri Bako Saakyanın Britaniyaya dəvət olunmasına etiraz bildirilib.  

Məktubda deyilir: "Bu hadisənin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsi zamanı 20 000 nəfərə qədər ailəsini və dostunu itirən və bu insanın ucbatından hələ də yerindən-yurdundan didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünün sonsuz kədərinə səbəb olmasını, şübhəsiz, təsəvvür edə bilərsiniz. Sizin bu insanı "Chatham House" a dəvət etməniz keçən 23 il ərzində kifayət qədər əzab çəkmiş insanların üzünə təhqiredici şillə kimi qəbul olunur. Xüsusilə də, Ermənistandakı cari vəziyyəti nəzərə alsanız, bunun regionda sülh və demokratiyaya olan ümidlərə bir zərbə olduğuna əmin ola bilərsiniz.

Siz çox yaxşı bilirsiniz ki, Bako Saakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir. O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökumət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasında məsuliyyət daşıyır.

Bako Saakyan da, şübhəsiz, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.

TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş KQB rəhbərinin qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Beynəlxalq Məsələlərə dair Kral İnstitutuna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz.

Sizlər Sizə olan etimadı itirdiniz, siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız.

Buna görə də biz zorakı qüvvələr siyasətinə qarşı olan insanlara müraciət edirik ki, bugün “Chatham House” un qarşısında keçirəcəyimiz etiraz aksiyasında bizə qoşulsunlar".

Son xəbərlər

Orphus sistemi