Yuxarı

ATƏT PA sədri: "Bakı-Tbilisi-Qars layihəsi qarşılıqlı faydalı əməkdaşlığın ən yaxşı nümunəsidir"

ATƏT PA sədri: "Bakı-Tbilisi-Qars layihəsi qarşılıqlı faydalı əməkdaşlığın ən yaxşı nümunəsidir"

İpək Yolu kimi layihələr iqtisadi əməkdaşlığı stimullaşdırır
© Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "İpək Yolu kimi layihələr təkcə iqtisadi əməkdaşlığı stimullaşdırmır, həm də keçdiyi bütün yollarda mədəni zənginliyi və qarşılıqlı mübadiləni daşıyır".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli ATƏT-in Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkil etdiyi “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, aşağı iqtisadi və sosial səviyyə sabitliyə təhlükə yaradır.

"ATƏT PA qarşılaşdığımız problemlər üzərində fəal işləyir. Bura terrorizm və miqrasiyanı aid etmək olar", - G.Tsereteli bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrin malların daşınması ilə necə yaxınlaşdığını və hamı üçün faydalı olan əməkdaşlığa necə nail olduqlarını göstərən ən yaxşı nümunədir və bu, öz növbəsində inteqrasiya prosesləri stimullaşdırır.

"Biznesi inkişaf edirmək və sabitlik, təhlükəsizlik və rifah baxımından bütün problemləri həll etmək üçün daha sıx çalışmalıyıq", - G.Tsereteli deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi