ATƏT PA sədri: "Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir"

ATƏT PA sədri: "Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir" Tsereteli: "ATƏT PA ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir"
Xarici siyasət
13 Mart , 2018 10:49
ATƏT PA sədri: Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir
Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələn, Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihələri çox vacibdir.

"Azərbaycanın bu cür layihələrlə regiondakı rolu çox önəmlidir", - o əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan ATƏT PA sədri bildirib ki, assambleya ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.

"Münaqişənin həllinin yalnız sülh yolu ilə mümkün olmasına inanırıq", - G.Tsereteli vurğulayıb.

Son xəbərlər

Orphus sistemi