ATƏT PA-nın prezidenti Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsini alqışlayır

ATƏT PA-nın prezidenti Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsini alqışlayır Bakı. 22 yanvar. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynovun cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.
Xarici siyasət
22 Yanvar , 2019 19:32
ATƏT PA-nın prezidenti Mehman Hüseynov barəsində cinayət işinə xitam verilməsini alqışlayır

Bakı. 22 yanvar. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynovun cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.

"Report" xəbər verir ki, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyanatında bildirilir.

“Hüseynova qarşı yeni ittihamların ləğv olunmasına, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə görə xoşbəxtəm”, - deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu hadisəyə toxunduğunu, Prezident İlham Əliyevin bu məsələyə şəxsən diqqət yetirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi