Yuxarı
    Bağlamaq

    ATƏT PA Cənubi Qafqazda yeni xüsusi təmsilçi təyin edəcək

    Dinlə

    Bakı. 13 sentyabr. REPORT.AZ / ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Sereteli bu qurumun Cənubi Qafqazdakı yeni xüsusi təmsilçisini təyin etmək fikrindədir. 

    “Report”un PA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə G.Sereteli Ermənistana ikigünlük səfəri zamanı bildirib.

    Daha əvvəl həmin vəzifədə çalışmış Bolqarıstan təmsilçisi Kristian Vigenin bu ilin fevral ayı ATƏT PA-nın Vyana sessiyasında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə daha çox vaxt ayırmaq istədiyini bildirərək istefa vermişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi