Yuxarı

ATƏT-in sammiti gələn il Vyanada keçiriləcək

ATƏT-in sammiti gələn il Vyanada keçiriləcək

Sebastyan Kurts : Azərbaycan və Ermənistan istəsə, biz görüşü təşkil etməyə hazırıq

Bakı. 21 noyabr. REPORT.AZ/ “Bu ilin mayında Vyana ATƏT-in sammitinə ev sahibliyi edəcək". 

“Report” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır: “Ancaq bu təşəbbüs haqda danışmaq hələlik tezdir. Bu, daha çox regionda hadisələrin inkişafından asılıdır. Əgər Azərbaycan və Ermənistan istəsə, biz görüşü təşkil etməyə hazırıq”.

Qeyd edək ki, ATƏT-in sammiti 2010-cu il dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi