Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupu və Anjey Kaspşikin ofisinin bu il üçün büdcəsi açıqlanıb

    Bu il ATƏT Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq

    Bakı. 19 fevral. REPORT.AZ/ Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.

    "Report" xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək.

    Müqayisə üçün bildirək ki, ötən il də Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayırılmışdı, A.Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro idi.

    Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq.

    ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

    ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi