​ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi qətlə yetirilən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə qərarını alqışlayıb

​ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi qətlə yetirilən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə qərarını alqışlayıb Bu gün Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub
Xarici siyasət
1 Aprel , 2016 21:49
​ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi qətlə yetirilən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə qərarını alqışlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevi qətlə yetirən 5 nəfər barədə çıxarılan məhkəmə hökmünü alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytına yerləşdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəməsi başa çatıb.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi