ATƏT-in fəaliyyətdə olan sədri: "ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil"

ATƏT-in fəaliyyətdə olan sədri: "ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil" ATƏT-in sədri münaqişələrin həlli üçün siyasi yolla dialoqun vacibliyini vurğulayıb
Xarici siyasət
12 Yanvar , 2017 13:43
ATƏT-in fəaliyyətdə olan sədri: ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil

Bakı. 12 yanvar. REPORT.AZ/ "ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında  deyib.    

ATƏT-in sədri münaqişələrin həlli üçün siyasi yolla dialoqun vacibliyini vurğulayıb.

S.Kurts, həmçinin qeyd edib ki, Avstriyanın ATƏT-də sədrliyi bu il KİV azadlığı, dini tolerantlıq, təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsi və s. inkişafının əldə olunmasına səy göstərəcək. 

Avstriya XİN rəhbəri ATƏT-in bütün ölkələrini bu səyləri dəstəkləməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi