Bakı. 4 sentyabr. REPORT.AZ/ Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.
"Report"un məlumatına görə, T.Qreminger Bakıya sentyabrın 12-də gələcək.
Səfər zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq.