​Astanada Türk Şurasının beşinci sammiti keçiriləcək

​Astanada Türk Şurasının beşinci sammiti keçiriləcək Astana sammitindən əvvəl təşkilatın Təhsil və Xarici İşlər nazirlərinin görüşləri baş tutacaq
Xarici siyasət
4 Sentyabr , 2015 11:41
​Astanada Türk Şurasının beşinci sammiti keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada Türk Şurasının beşinci zirvə toplantısı keçiriləcək.

"Report" "Today`s Zaman"a istinadən xəbər verir ki, sammitin əsas mövzusu media və informasiya məsələləri olacaq.

Astana sammitindən əvvəl, sentyabrın 5-də təşkilatın Təhsil nazirlərinin növbəti görüşü keçiriləcək, sentyabr 10-da isə Türk Şurasına üzv dövlətlərin Xarici işlər nazirləri bir araya gələcəklər.

Xatırladaq ki, 2013-cü ildə Türk Şurasının sammiti Azərbaycanın Qəbələ şəhərində, 2014-ci ildə isə Bodrumda baş tutub.

Türk Şurası təşkilatı 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 

Son xəbərlər

Orphus sistemi