Yuxarı

AŞPA "Qadınlara qarşı ictimai yerlərdə zorakılıq və qısnama hallarına son qoyulması" adlı qətnamə qəbul edib

AŞPA "Qadınlara qarşı ictimai yerlərdə zorakılıq və qısnama hallarına son qoyulması" adlı qətnamə qəbul edib
Deputatlar qeyd ediblər ki, bu problemin Avropa Şurasına üzv dövlətlərin hər biri üçün aktual məsələlərdən birinə çevrilməsinin vaxtı çatıb

Strasburq. 28 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Stefan Şennax və Hetto-Gaaskın hazırladıqları qadınlara qarşı zorakılıq və qısnamaya dair hesabat gərgin müzakirələrə səbəb olub. 

"Report"un Fransa bürosu xəbər verir ki, parlamentarilər qadınlara qarşı qısnama və zorakılıq hallarının hansı sosial təqəbə və mədəniyyətə məxsus olmasından asılı olmayaraq hər bir cəmiyyətdə baş verdiyini vurğulayıblar.

Deputatlar qeyd ediblər ki, bu problemin Avropa Şurasına üzv dövlətlərin hər biri üçün aktual məsələlərdən birinə çevrilməsinin vaxtı çatıb. 

Sosialistlər Partiyasının nümayəndəsi plenar iclas zamanı Niderlandda həyata keçirilən elmi araşırdarmaların nəticələrindən danışaraq qeyd edib ki, araşdırmaların nəticələrinə əsasən əgər qadınlara qarşı yüngülvarı qısnama bu ölkədə yaşayan əcnəbilər tərəfindən törədilirsə, ağır zorakılıq hallarına isə əslən hollandiyalı olan şəxslər yol verir. 

İclasda ictimai yerlərdə qadınlara qarşı qısnama hallarının qarşısını almaq məqsədilə Avropa Şurasına üzv dövlətlərdə ümumi strategiyanın yaradılması, bu sahədə hüquq-müdafiə orqanlarının işinin gücləndirilməsi, ölkələr arasında uğurlu tədbirlər üzrə təcrübə mübadiləsnin intensivləşdirilməsi kimi tovsiyyələr səslənib.

Hesabatı dəstəkləyən parlamentarilər çıxışlarında qadınlara qarşı zorakılıq və qısnama ilə mübarizədə təşviqat orqanı kimi mətbuatın əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıblar.

Müzakirələrin sonunda "Qadınlara qarşı ictimai yerlərdə zorakılıq və qısnama hallarına son qoyulması" adlı qətnamə qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi