AŞPA prezidenti vəzifəsinə bir namizəd var

AŞPA prezidenti vəzifəsinə bir namizəd var Mikele Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir
Xarici siyasət
22 Yanvar , 2018 12:56
AŞPA prezidenti vəzifəsinə bir namizəd var

Strasburq. 22 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə yalnız bir namizəd var.

"Report"un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir.

Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi