AŞPA prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanını alqışlayıb

AŞPA prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanını alqışlayıb "Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm"
Xarici siyasət
17 Mart , 2016 17:40
AŞPA prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanını alqışlayıb

Bakı. 17 mart. REPORT.AZ/ AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv fərmanını alqışlayıb.

"Report" xəbər verir ki, P.Aqramuntun bu məsələ ilə bağlı bəyanatında deyilir: "Bu gün Azərbaycanda 148 nəfərin, o cümlədən, Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam".

AŞPA prezidenti bir neçə gün əvvəl Azərbaycana səfəri və rəsmi şəxslərlə görüşlər zamanı bu məsələni müzakirə etdiklərini xatırladıb.

"Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm. 148 nəfərin azadlığa çıxması ilə nəticələnən bu böyük təşəbbüsü alqışlayıram", - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi