AŞPA prezidenti: "Azərbaycanla uğurlu əməkdaşlığımız mövcuddur"

AŞPA prezidenti: "Azərbaycanla uğurlu əməkdaşlığımız mövcuddur" "Səfər zamanı bu əməkdaşlığın təkcə AŞPA yox, həm də Avropa Şurasının digər strukturları çərçivəsində gücləndirilməsi yolları müzakirə ediləcək"
Xarici siyasət
29 Fevral , 2016 15:46
AŞPA prezidenti: Azərbaycanla uğurlu əməkdaşlığımız mövcuddur

Bakı. 29 fevral. REPORT.AZ/ "AŞPA-nın Azərbaycanla uğurlu əməkdaşlığı mövcuddur". "Report" xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt deyib.

O qeyd edib ki, səfər zamanı bu əməkdaşlığın təkcə AŞPA yox, həm də Avropa Şurasının digər strukturları - Venesiya Komissiyası, Baş Katiblik və s. çərçivəsində gücləndirilməsi yolları müzakirə ediləcək.

P.Aqramunt vurğulayıb ki, səfəri zamanı artıq QHT nümayəndələri, vəkillər, hüquq müdafiəçiləri ilə görüşü baş tutub. O bu gün Milli Məclisdə görüşlər keçirməyi planlaşdırdığını da əlavə edib. Martın 1-nə isə Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi