AŞPA prezidenti Azərbaycana gəlib

AŞPA prezidenti Azərbaycana gəlib Səfər zamanı bir sıra mühüm görüşlər nəzərdə tutulub
Xarici siyasət
29 Fevral , 2016 02:44
AŞPA prezidenti Azərbaycana gəlib

Bakı. 29 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Avropa rəsmisi martın 1-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Son xəbərlər

Orphus sistemi