AŞPA nümayəndə heyəti Azərbaycanda təkrar seçkiləri izləyəcək

AŞPA nümayəndə heyəti Azərbaycanda təkrar seçkiləri izləyəcək Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti Ağdaşa gedəcək
Xarici siyasət
10 İyun , 2016 17:45
AŞPA nümayəndə heyəti Azərbaycanda təkrar seçkiləri izləyəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəri iyunun 18-də Ağdaşa gedəcək və 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar seçkiləri müşahidə edəcək. 

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinə deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) daxildir.

Xatırladaq ki, Monitorinq komitəsinin həmsədrləri Ş.Şennax və S.F.Preda iyunun 15-dən 17-dək Bakıda səfərdə olacaq. 

Son xəbərlər

Orphus sistemi