Yuxarı

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Bakı. 23 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək.

Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət, ilhaq edilmiş Krımda Rusiyada prezident seçkiləri üzrə keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək.

AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi