AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı sessiyada müzakirə olunacaq
Xarici siyasət
20 Dekabr , 2017 13:53
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb.

“Report” AŞPA-nın Mətbuat xidmtinə istinadən xəbər verir ki, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq.

Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək.

Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. 

Son xəbərlər

Orphus sistemi