AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb AŞPA deputatları qarşısında Kipr və Rumıniya prezidentləri, eləcə də Aİ-nin komissarı çıxış edəcək
Xarici siyasət
21 Dekabr , 2016 16:15
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyasının gündəliyi açıqlanıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti plenar sessiya gələn il yanvar 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Sessiya zamanı AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsini hakimləri vəzifələrinə seçkilər olacaq. Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edəcəklər.

Yanvarın 24-də AŞPA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.

Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. kimi məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi