​AŞPA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək

​AŞPA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək AŞPA-nın 5 nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 21-də Bakıya gələcək
Xarici siyasət
18 Sentyabr , 2015 15:01
​AŞPA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Deputat Jordi Huklanın başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti sentyabrın 21-22-də Bakıya səfər edəcək. "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, beş nəfərdən ibarət nümayəndə heyətinin səfərinin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.

Səfər zamanı nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunan siyasi qrup və partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi