AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Azərbaycana səfər edəcək

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Azərbaycana səfər edəcək Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir
Xarici siyasət
2 Aprel , 2016 08:44
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Azərbaycana səfər edəcək

Bakı. 2 aprel. REPORT.AZ/ AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olan avstriyalı deputat Stefan Şennax Azərbaycana səfər edəcək.

AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 6-8-də baş tutacaq səfərin məqsədi Azərbaycanın Avropa Şurası önündə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

Qeyd edək ki, bu, S.Şennaxın həmməruzəçi təyin olunmasından sonra Azərbaycana ilk səfəridir. O bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunub. Bu postda avstriyalı parlamentari polşalı deputat Tadeuş İvinskini əvəz edib.

Son xəbərlər

Orphus sistemi