Yuxarı

Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək

AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək

Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və Daimi Komitə iclasları keçiriləcək. 

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. 

Mayın 23-24-də baş tutacaq tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

İclaslarda AŞPA-da yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.

Səməd Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi