AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunacaq

AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunacaq Komitənin iclası sentyabrın 22-23-də Tirana şəhərində keçiriləcək
Xarici siyasət
19 Sentyabr , 2016 10:07
AŞPA Monitorinq Komitəsinin iclasında həmməruzəçilərin Azərbaycana səfəri müzakirə olunacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 22-23-də Albaniyanın paytaxtı Tirana şəhərində AŞPA Monitorinq Komitəsinin növbəti iclası olacaq.

Bu barədə "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Sentyabrın 22-də keçiriləcək iclas zamanı AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin - Ştefan Şennax (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) iyun ayının 15-17-də Azərbaycana etdikləri səfərin yekunları müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi