Yuxarı

AŞPA milli azlıqlara dair qətnamə qəbul edib

AŞPA milli azlıqlara dair qətnamə qəbul edib

Strasburq. 25 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviq edilməsi adlı qətnamə qəbul edib.

“Report“un Qərbi Avropa bürosu xəbəb verir ki, qətnamədə bildirilir ki, milli azlıqların müdafiə edilməsi insanlar arasında bərabərliyə zəmanət vermək, sosial və siyasi, sabitliyi, eləcə də demokratiyanın təhlükəsizliyini qorumaq, Avropada mədəni müxtəlifliyi inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Assambleya bir daha üzv dövlətləri milli azlıqların ehtiyacları ilə yaxından maraqlanmağa və onları müsbət şəkildə həll etməyə, Konvensiyada göstərilən hüquqları da daxil olmaqla, bütün hquqlarını təmin etdiməyə çağırır.

Assambleya üzv ölkələrə milli azlıqlara dair Konvensiyanı, ərazisində milli azlıqların yaşamadığı halda belə ratifikasiya etməyi töfsiyə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi