AŞPA məruzəçisinin Azərbaycana səfəri təxirə salınıb

AŞPA məruzəçisinin Azərbaycana səfəri təxirə salınıb Pedro Aqramuntun Bakıya səfəri aprelin 8-9-da nəzərdə tutulmuşdu
Xarici siyasət
7 Aprel , 2015 17:09
AŞPA məruzəçisinin Azərbaycana səfəri təxirə salınıb

Bakı. 7 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Pedro Aqramuntun Azərbaycana səfəri təxirə salınıb. Bu barədə "Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir. 

"AŞPA məruzəçisi P.Aqramuntun aprelin 8-9-da nəzərdə tutulan səfəri naməlum səbəbdən təxirə salınıb", - AŞPA mətbuat xidmətinin "twitter" səhifəsində qeyd olunub.

P.Aqramuntun Bakıya səfərinin məqsədi AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsi üçün ölkədə insan hüquqlarına riayət olunması mövzusunda məruzənin hazırlanmasıdır.

Xatırladaq ki, P.Aqramunt martın əvvəlində öz polşalı həmkarı Tadeuş İvinski ilə birgə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi qismində Bakıya səfər edib. 

Son xəbərlər

Orphus sistemi