Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycan Respublikasının Prezidenti
“Report”un Fransa bürosu bildirir ki, AŞPA- nın Azərbaycan üzrə həmməruzəçiləri Sunna Evarsdottir, Roger Gale və Stefan Şennak dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan məhkumların Azərbaycanda əfv edilməsini yüksək qiymətləndiriblər.
“Bu humanitar tədbir Avropa Şurasına üzv ölkələrin həbsxanalarında bugünkü sanitar böhran zamanı saxlanılan məhbusların insan hüquqlarının və sağlamlıqlarının qorunmasına dair Avropa Şurasının insan haqları Komissarı tərəfindən səsləndirilən narahatlıqlara cavab verir” - həmməruzəçilər bildiriblər.