AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb

AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb Həmməruzəçilər Azərbaycanın ədliyyə sahəsində islahatlarla bağlı Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olmasını alqışlayıblar
Xarici siyasət
19 Yanvar , 2017 16:21
AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar bəyanatla çıxış ediblər.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmməruzəçilər Azərbaycan tərəfi ilə bir sıra sahələrdə, o cümlədən ədliyyə, söz azadlığı və insan hüquqları sahələrində islahatların aparılması üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Həmməruzəçilər Azərbaycanın ədliyyə sahəsində islahatlarla bağlı Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olmasını alqışlayıblar.

Həmməruzəçilər bu səfərin yekunları barədə məlumatı AŞPA Monitorinq Komitəsinin növbəti görüşlərindən birində təqdim edəcəklərini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi