Bakı. 23 İyun. REPORT.AZ/
"Report" xəbər verir ki, plenar iclasda çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt sənədi Avropa Şurası və AŞPA-nın dəyərlərinə uyğun hazırladıqlarını vurğulayıb.
Təqdim etdikləri məruzəni olduqca "tarazlaşdırılmış" sənəd adlandıran həmməruzəçi, qeyd edib ki, ölkələrin ərazi bütövlüyü prinsipinə xüsusi diqqət ayırıblar.
Tadeuş İvinski isə öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.
Azərbaycan ərazilərinin 20 faizirinin Ermənistan tərəfindən işğal edildiyini, Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün olduğunu xatırladan T.İvinski, Avropa İnsan Haqları Məhkəməsinin bu yaxınlarda “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərara da diqqət çəkib.