AŞPA Bürosu Azərbaycanda parlament seçkisinin müşahidə məsələsini müzakirə edəcək

AŞPA Bürosu Azərbaycanda parlament seçkisinin müşahidə məsələsini müzakirə edəcək Qurumun iclası Parisdə keçiriləcək
Xarici siyasət
28 Avqust , 2015 13:46
AŞPA Bürosu Azərbaycanda parlament seçkisinin müşahidə məsələsini müzakirə edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası avqustin 31-də Parisdə keçiriləcək. 

AŞPA mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Büronun iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi məsələsi müzakirə olunacaq.

Eyni zamanda iclasda Qırğızıstan, Belarus, Ukrayna və Turkiyədə keçiriləcək seçkilərin müşahidə edilməsi məsələsinə də baxılacaq. Bununla bağlı hazırlanan plan müzakirə olunacaq. 

Qeyd edək ki, Azərbaycanda parlament seçkisinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi