Yuxarı

AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib

AŞPA Azərbaycan hökumətinə təşəkkür edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

“Report“un Fransa bürosu AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi, ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi