Araz Əzimov: "Məqsədimiz Əfqanıstana sülh və təhlükəsizlik gətirməkdir"

Araz Əzimov: "Məqsədimiz Əfqanıstana sülh və təhlükəsizlik gətirməkdir" "Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu bu ölkədə sabitliyin qurulmasında böyük əhəmiyyətə malikdir"
Xarici siyasət
28 İyun , 2018 10:30
Araz Əzimov: Məqsədimiz Əfqanıstana sülh və təhlükəsizlik gətirməkdir
Report
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ "Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu bu ölkədə sabitliyin qurulmasında böyük əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasında deyib.

"Bu məsələdə yardım göstərdiyimizə və əməkdaşlıq etdiyimizə, bu məsələlərin həlli üçün birgə səylərimizi artmağımıza görə şadıq. Məqsədimiz regiona sülh və təhlükəsizlik gətirməkdir", - nazir müavini bildirib.

"Qardaş və dost ölkə üçün hər cür səy göstərdiyimizə görə şadam. Biz ümumi tarixi və mədəniyyəti bölüşürük. Ümid edirəm ki, gələcəkdə də bu qədər yaxın olacağıq. Əlbəttə, Əfqanıstan məsələsi üzrə başqa danışıq formatları da var və onların hər birinin öz əhəmiyyəti, dinamikası var. Bu platforma çox vacib siyasi platformadır. Onun məhsuldar olacağına ümidvaram", - A.Əzimov əlavə edib.

Son xəbərlər

Orphus sistemi