Araz Əzimov: "Azərbaycan Əfqanıstanı dəstəkləməkdə davam edəcək"

Araz Əzimov: "Azərbaycan Əfqanıstanı dəstəkləməkdə davam edəcək" "Bakı Bəyannaməsi praktik və aktiv hərəkətlərə rəvac verən çox vacib bir sənəddir"
Xarici siyasət
1 Dekabr , 2017 19:27
Araz Əzimov: Azərbaycan Əfqanıstanı dəstəkləməkdə davam edəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakıda "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda keçirilən VII nazirlər konfransının yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.

"Report"un xəbərinə görə, bu barədə konfransın yekununa dair keçirilən mətbuat konfransında Əfqanıstanın xarici işlər nazirinin müavini Adelya Raz bildirib.

O, tədbirdə çıxış edən Azərbaycan və Əfqanıstan prezidentlərinə təşəkkür edib.

Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov xatırladıb ki, Azərbaycan İstanbul prosesində həmsədrlik edib və indi bu missiya Türkiyəyə keçəcək: "İlk növbədə, biz Əfqanıstanla dost və qardaş münasibətlərindən olduqca məmnunuq. Biz Əfqanıstanın müstəqilliyi və suverenliyini təmin edən proseslərdə maraqlıyıq. Bu il biz prosesdə həmsədr kimi çıxış etmişik. Missiyamızı uğurla başa vurduğumuz üçün sevinc hissi keçirirəm. Bu gün qəbul edilən bəyannamə adi sənəd deyil. Bu, praktik və aktiv hərəkətlərə rəvac verən çox vacib bir sənəddir. Bəyannamə həmçinin Türkiyə üçün əlavə bir vasitədir və o, yeni həmsədr kimi, onları tətbiq edə biləcək".

Son xəbərlər

Orphus sistemi