Appaturay: "Azərbaycan NATO üzvlüyünə maraq göstərmir"

Appaturay: "Azərbaycan NATO üzvlüyünə maraq göstərmir" NATO baş katibinin xüsusi nümayəndəsi "ADA" Universitetində məruzə ilə çıxış edib
Xarici siyasət
16 Fevral , 2016 17:33
Appaturay: Azərbaycan NATO üzvlüyünə maraq göstərmir

Bakı. 16 fevral. REPORT.AZ/ "Ərazi mübahisələri NATO-nun imkanlarını məhdudlaşdırır".

"Report" xəbər verir ki, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay "ADA" Universitetində məruzə ilə çıxış edərkən deyib.

Azərbaycanın alyansa üzvlüyünün mümkünlüyü barədə danışan C.Appaturay bildirib ki, Azərbaycan NATO üzvlüyünə maraq göstərmir.

Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan baş katibin xüsusi nümayəndəsi NATO-nun bu münaqişənin həllində iştirak etmədiyini bildirib. O qeyd edib ki, NATO dəfələrlə münaqişə ilə bağlı öz mövqeyini ifadə edib: "Münaqişənin həlli yollarının mümkün qədər tez tapılacağına ümid edirik".

C.Appaturay həmçinin Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu da əlavə edib.

Son xəbərlər

Orphus sistemi