Yuxarı

Ankarada Azərbaycan Xalq Cumhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə mərasim təşkil olunub

Ankarada Azərbaycan Xalq Cumhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə mərasim təşkil olunub
Dinlə

© Report

Ankara. 15 may. REPORT.AZ/ Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Azərbaycan Xalq Cumhuriyyətinin və eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubleyi münasibətilə mərasim təşkil olunub.

"Report"un Türkiyə müxbiri xəbər verir ki, hər iki ölkənin ay-ulduzlu bayraqları və çiçəklərlə bəzədilmiş parkın girişində iki qardaş ölkənin liderlərinin tarixi görüşlərinin yer aldığı fotolardan ibarət sərgi açılıb. Tədbirə Türkyədən və Azərbaycandan dövlət və hökümət nümayəndələri, ziyalılar, siyasətçilər, millət vəkilləri, 15 iyul hadisəsinin qaziləri, Türkiyədə təhsil alan Azərbaycan hərbiçiləri iştirak edib. Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra hər iki ölkənin dövlət himinləri səslənib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayil Kahraman, Baş nazirin müavini Hakan Çavuşoğlu, Türkiyə prezidentinin köməkcisi Yalçın Topçu çıxış edib. Çıxışlarda möhkəm təməllərlə qurulan Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkilib, zaman-zaman tarixin ən ağır sıanaqlardan keçən iki qardaş ölkənin bütün tövürlərdə bir-birinə dayaq olduğu dilə gətirilib.

Türkiyənin Baş naziri Binəli Yıldırımın mərasimə göndərdiyi təbrik məktubunu onun müavini Hakan Çavuşoğlu oxuyub. “Müstəqillik yolunda yanındayıq, səninləyik can Azərbaycan” deyə müraciət edən baş nazir son illərdə Azərbaycanın uğurlu inkişaf yolundan da söz açıb.

Tədbiriin fəxri qonağı, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərindən söz açıb, hər iki ölkənin atdığı addımlarda, verdiyi qərarlarda birlik nümayiş etdirdiyini deyib.

Mərasim konsert proqramı ilə davam etdirilib. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında muğam səsləndirilib. Proqram atəşfəşanlıqla sona çatIb.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi