Almazbek Atambayev Azərbaycan Prezidentini təbrik edib

Almazbek Atambayev Azərbaycan Prezidentini təbrik edib “Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir”
Xarici siyasət
23 Dekabr , 2016 17:36
Almazbek Atambayev Azərbaycan Prezidentini təbrik edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi