Yuxarı

Almaniya XİN başçısı: "ATƏT məkanındakı münaqişələrin davamlı həllini tapmaq lazımdır"

Almaniya XİN başçısı: "ATƏT məkanındakı münaqişələrin davamlı həllini tapmaq lazımdır"

Aprel ayında Dağlıq Qarabağda yaşanmış vəziyyət barışıq əldə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi

Bakı. 8 dekabr. REPORT.AZ/ "ATƏT məkanındakı münaqişələrə baxsaq, başa düşmək lazımdır ki, bu münaqişələrin davamlı həllini tapmaq lazımdır".

"Report" xəbər verir ki, bunu bunu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir bu ilin aprel ayında regionda vəziyyətin yenidən pisləşdiyini bildirib.

"Vəziyyət barışıq əldə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi", - o vurğulayıb.

F.-V.Ştaynmayer münaqişə zonasında humanitar vəziyyətin yaxşılaşdırılmasının və münaqişə tərəfləri arasında etimad tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib.

"Bütün bunlar hələ çox işləməli olduğumuzdan xəbər verir", - XİN rəhbəri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi