Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub

Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Xarici siyasət
30 Noyabr , 2016 14:19
Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

"Report"un Qərb bürosu xəbər verir ki, E.Vəliyev qonağa Gəncənin "Avropa 2016-cı ilin Gənclər Paytaxtı" seçilməsi, şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda icra hakimiyyətinin başçısı qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb.

M.Kindsqrab vurğulayıb ki, Almaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İkigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zadovunda və Şərab Zavodunda olduqlarını qeyd edən səfir ADAU-da Almaniyada təhsil almış və təcrübə keçmiş tələbələrlə görüşdən məmnun qaldığını deyib. O, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmli olduğunu söyləyərək, Gəncədə Kəlbəcərdən olan qacqın və məcburi köçkünlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Texnologiya, kənd təsərrüfatı, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi