Ali komissar: "Bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə maneçilik törədirlər"

Ali komissar: "Bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə maneçilik törədirlər" “Bəzi ölkələr sığınacaq əldə etməyin əlçatan olmasına əngəl törədən məhdudiyyətlər tətbiq edirlər”.
Xarici siyasət
20 İyun , 2019 15:29
Ali komissar: Bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə maneçilik törədirlər

“Bəzi ölkələr sığınacaq əldə etməyin əlçatan olmasına əngəl törədən məhdudiyyətlər tətbiq edirlər”.

“Report”un məlumatına görə, bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Flippo Qrandi Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar etdiyi müraciətində bildirib.

Ali komissarın Bakıda keçirilən tədbirdə nümayiş olunan videomüraciətində qeyd edilib ki, bəzi ölkələr qayıqları sularda batan qaçqınların xilas edilməsinə əngəl törədirlər: “Sülh danışıqları ləng gedir və nəticə vermir. Baxmayaraq ki, zorla didərgin salınmış insanların sayı (70 milyondan artıq) indiyə qədər qeydə alınan bütün rəqəmlərdən yüksəkdir. Biz dünyanı sizə dəstək üçün səfərbər etməyin ən yaxşı yollarını işləyib hazırlamışıq. Bunlar kifayətdirmi? Xeyr! Qaçqınların üçüncü ölkələrdə məskunlaşma üçün ehtiyac duyduqları yerlərin sayı hələ də çox azdır. Maliyyələşdirmənin səviyyəsi olduqca aşağıdır”.

Ali komissar müraciətində vurğulayıb ki, bir çox səxavətli ölkələr və icmalar əvvəlki tək qonaqpərvərlik nümayiş etdirirlər: “Həmçinin inkişaf sektorunda və özəl sektorda olan yeni tərəfdaşlar vəsait və təcrübələrini təklif edirlər. Sıravi insanlar ianələrlə yardım edir və könüllü qismində çalışırlar. Humanizm öz mövqeyini qətiyyətlə qoruyur. Buna görə də bu, Ümumdünya Qaçqınlar Günündə bizim ümidimiz olmalıdır”.

Son xəbərlər

Orphus sistemi