Yuxarı

Aleksandr Mişenko: "Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının qarşıdakı iclası gələn ay keçirilə bilər"

Aleksandr Mişenko: "Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının qarşıdakı iclası gələn ay keçirilə bilər"

Bakı. 15 noyabr. REPORT.AZ/ "Prezident İlham Əliyevin Kiyevə səfəri Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının qarşıdakı iclasından sonra həyata keçiriləcək".

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

“Hazırda Ukrayna Prezident Administrasiyasında bu səfər üçün məqbul tarixlər məsələsinə baxılır. Səfəri yubadan yeganə məsələ indiyədək hökumətlərarası komissiyanın iclasının keçirilməməsidir. Hazırda tarixlər razılaşdırılır”, - səfir vurğulayıb.

Azərbaycan və Ukrayna prezidentləri - İlham Əliyev və Petro Poroşenkonun Əskişəhərdə (Türkiyə) TANAP layihəsinin açılış mərasimində əvvəlcə hökumətlərarası komissiyanın iclasını keçirmək və bununla da səfərin “yolunu açmaq” barədə razılığa gəldiklərini xatırladan ukraynalı diplomatın sözlərinə görə, komissiyanın iclası keçirilməyincə Azərbaycan dövlət başçısının Ukraynaya səfərinin konkret tarixləri barədə danışmaq tezdir.

“Hökumətlərarası komissiyanın iclasının tarixi məsələsinə Azərbaycan tərəfi baxır. Biz isə bu iclasın dekabr ayının birinci yarısında Kiyevdə keçirilməsini məqbul sayırıq”, - səfir qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi