Aleksandr Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib

Aleksandr Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
28 Noyabr , 2016 20:35
Aleksandr Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sənədə əsasən, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi