Aleksandr Lukaşenko: "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub"

Aleksandr Lukaşenko: "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub" Azərbaycan səfiri etimadnaməsini Belarus prezidentinə təqdim edib
Xarici siyasət
2 May , 2017 16:30
Aleksandr Lukaşenko: Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub

Bakı. 2 may. REPORT.AZ/ "Belarus həmişə Azərbaycanla əlaqələri dostluq və qarşılıqlı anlayış ruhunda qurub".

"Report" Belarus prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko xarici ölkələrin səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

"Birgə səylərlə istehsal kooperasiyası sahəsində bir sıra böyük layihələr həyata keçirilib. Mövcud potensialdan maksimum istifadə etmək və bu istiqamətdə irəliləmək lazımdır" - A.Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus hökumətinin başçısı bu gün Azərbaycan, İran, Belçika, Hollandiya, Norveç, Yeni Zelandiya, Malta, Ermənistan, Yunanıstan, Ruanda, İsrail və Ukraynanın səfirlərinin etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi