Yuxarı

Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Bakı. 7 mart. REPORT.AZ/ Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

"Report"un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi