AIDA Argentinanın La Plata Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

AIDA Argentinanın La Plata Dövlət Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Xarici siyasət
28 Sentyabr , 2019 13:46
AIDA Argentinanın La Plata Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Argentinanın La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov və La Plata Dövlət Universitetinin prezidenti Fernando Tauber tərəfindən imzalanan müqavilədə 2012-ci ildən La Plata Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə, xüsusilə Azərbaycanın cari siyasəti, iqtisadiyyatı, mədəniyyəti və tarixi barəsində tədqiqat layihələrinin aparılması, başlıca maraq dairələri barəsində akademik kursların tədrisi, təbliğat fəaliyyətinin təşkili və tədqiqatların nəşr edilməsinə dəstək verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanşünaslıq kafedrası Cənubi Amerikada Azərbaycanın öyrənilməsi məqsədini daşıyan ilk təşəbbüs olaraq təsis edilib. Kafedra 7 il ərzində Azərbaycanla bağlı akademik işlərin inkişafı məqsədilə seminarlar təşkil edib, kitablar nəşr edilib, ölkəmizin həqiqətlərinin Argentina ictimaiyyətinə, elmi-akademik və ictimai-siyasi dairələrinə çatdırılması, Azərbaycan və ümumilikdə, Xəzər regionu ilə bağlı tədqiqatların aparılmasını təşviq edilib, həmçinin kafedranın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Azərbaycanın qurulması”, “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu”, “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı-inşa müsabiqəsinin qaliblərinin yazılarının toplusu olan eyniadlı kitab ispan dilində dərc olunub.

Son xəbərlər

Orphus sistemi