Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib

Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib Yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir
Xarici siyasət
14 Noyabr , 2016 16:53
Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyinə Aİ və Azərbaycan arasında yeni razılıq əldə olunması üçün danışıqlar aparılması ilə bağlı mandat verib.

"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir.

Yeni sənəd, həmçinin Aİ-nin və Azərbaycanın bu gün üzləşdiyi problemləri və qarşıya qoyulan məqsədləri nəzərə almalıdır.

Son xəbərlər

Orphus sistemi