Aİ səfiri: “Koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır”

Aİ səfiri: “Koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır” “Koronavirusun yayılması hamımızın həll etməyə çalışdığı qlobal məsələdir”.
Xarici siyasət
5 Mart , 2020 12:39
Aİ səfiri: “Koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır”
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

“Koronavirusun yayılması hamımızın həll etməyə çalışdığı qlobal məsələdir”.

Bunu “Report”a Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır. Diplomat məlumat mübadiləsinin və yayılmanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin müzakirə olunmasının vacibliyini qeyd edib.

“Daha əvvəl Azərbaycanda bir neçə koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bildiyiniz kimi, Avropada da koronavirus aşkar edilib. Biz burada, Azərbaycanda hökumətlə daim əlaqədə oluruq və hökumətin bu məsələ ilə bağlı keçirdiyi brifinqləri çox yüksək qiymətləndiririk”, - Aİ səfiri söyləyib.

Son xəbərlər

Orphus sistemi