Yuxarı

Aİ səfiri: "Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk"

© Report/ Firi Salim — Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk. Qanun səviyyəsində çox şey edilib. Amma belə halların araşdırılması və müəyyən edilməsi üzrə hələ çox iş görülməlidir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nüməyəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas "Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, hər kəs bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır: "Bu cinayətlər dəyərlərimizə ziddir. Bu problemi yalnız birgə səylərlə həll edə bilərik. Vəziyyəti təhlil etmək çox vacibdir. Problemin həlli üçün ən yaxşı yol onun mənbəyini tapmaqdır", - diplomat vurğulayıb.

K.Yankauskas qeyd edib ki, hazırda müşahidə olunan miqrasiya böhranı problemdir və insan alveri üçün əlverişli şərait yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi