Aİ nümayəndəsi: "Azərbaycanla sektoral siyasət, ticarət sahəsində bir neçə görüş keçirəcəyik"

Aİ nümayəndəsi: "Azərbaycanla sektoral siyasət, ticarət sahəsində bir neçə görüş keçirəcəyik" Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlardan bir həftə keçib, indi hər iki tərəfin öz rəhbərləri ilə məsləhətləşmək zamanıdır.
Xarici siyasət
5 İyun , 2018 12:37
Aİ nümayəndəsi: Azərbaycanla sektoral siyasət, ticarət sahəsində bir neçə görüş keçirəcəyik
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlardan bir həftə keçib, indi hər iki tərəfin öz rəhbərləri ilə məsləhətləşmək zamanıdır".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Avropa biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, növbəti tarixi müəyyənləşdirməzdən əvvəl tərəflər nəyə nail olduqlarını dəyərləndirməlidirlər: "Mən şəxsən çox ümid edirəm ki, biz sektoral siyasət, ticarət sahəsində yay tətillərinə qədər bir neçə görüş keçirəcəyik".

Səfir Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmamasına da toxunub: "Bu fakt ticarət sahəsində daha çox maneə və problem yaradır. Hələlik Azərbaycanın bu təşkilata nə vaxt üzv olacağı məlum deyil, amma danışıqlar aparırıq. Çünki bu sahədə hansı yanaşmanın tətbiq edilməsini bilmirik. Azərbaycanın ÜTT ilə danışıqlarının perspektivləri bizə ticarət sahəsində daha da irəliləməyə imkan verəcək".

K.Yankauskas bildirib ki, bu forumda Azərbaycan və Avropadan 700 nümayəndə iştirak edir: "Bizim apardığımız biznes mühit üzrə sorğu işlərin hansı istiqamətdə getdiyini göstərir. Ona görə də ümid edirəm ki, günün sonunda yeni əməkdaşlıq barədə xəbərləri ala biləcəyik". 

Son xəbərlər

Orphus sistemi